Bakıda ağır yol qəzası baş verib, bir nəfər ölüb, altı nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib, bir nəfər ölüb, altı nəfər xəsarət alıb
# 23 iyul 2012 10:29 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 22-də saat 02.20 radələrində Nizami rayonu H.Əliyev prospektində Ağstafa rayon sakini Ulduz Mansurov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarında dayanmış "Ford" markalı avtomaşına vurub. Nəticədə hadisə yerinin yaxınlığında yol xətlərini təmir edən işçi - 30-35 yaşlı kişi hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan Vüqar İbrahimov, İlqar Əmirov, habelə U. Mansurovun sərnişinləri, Bakı şəhər sakinləri Leyla Rüstəmova, Oqtay Mustafayev və Namiq Həsənov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR