Zimbabvenin futbol millisi razılaşdırılmış oyunlarda iştirak etdiyinə görə buraxılıb

Zimbabvenin futbol millisi razılaşdırılmış oyunlarda iştirak etdiyinə görə buraxılıb
# 03 noyabr 2012 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, xüsusi təhqiqat komissiyasının yekun qərarını nəzərə alan Zimbabve Futbol Federasiyası yığmanın 13 oyunçu və rəhbərinə qarşı sanksiya tətbiq edib. Araşdırmaya görə, Zimbabve millisi 2009-cu ildə federasiyanın sabiq rəhbərliyinin göstərişi ilə Tailand, Suriya və Malayziya yığmaları ilə qanunsuz yoldaşlıq görüşləri keçirib və bu görüşlərin nəticəsi Sinqapurdakı bukmeker sindikatı ilə əvvəlcədən razılaşdırılıb. Ümumilikdə razılaşdırılmış oyunlarda 80-dən artıq oyunçunun iştirak etdiyi bildirilir. Komissiya 7 nəfəri on il, 37 nəfəri beş il, 25 nəfəri iki il, 10 nəfəri bir il müddətinə futboldan uzaqlaşdırmağı tövsiyə edib. Səkkiz oyunçuya isə bəraət verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR