USAID-in Azərbaycandakı nümayəndəsi: «Rəqabət Məcəlləsi daha da təkmilləşdirilə bilər»

USAID-in Azərbaycandakı nümayəndəsi: «Rəqabət Məcəlləsi daha da təkmilləşdirilə bilər»
# 23 oktyabr 2012 10:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan parlamentində Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsinə başlanmasını çox müsbət qiymətləndirirəm». Bunu «APA-Economics»ə açıqlamasında USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin bildirib.

Bununla yanaşı, USAID rəhbəri bildirib ki, Rəqabət Məcəlləsinin layihəsində təkmilləşdirmələrə ehtiyac var: «Mən özüm şəxsən bu məsələdə ekspert deyiləm, amma bizim təşkilatda rəqabətlə bağlı kifayət qədər ekspert var və onlardan eşitdiyimə görə, Məcəllədə müəyyən təkmilləşdirmə işləri aparıla bilər. Amma artıq dediyim kimi, bunun müzakirəyə çıxarılmasının özü böyük bir nailiyyətdir».

M.Qrin Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulunu vacib sayır: «Qlobal ticarətə qoşulmaq istəyən və qlobal investisiyaları cəlb etmək istəyən hər bir ölkə üçün analoji sənədin qəbulu çox vacibdir. Bu, uzunmüddətli iqtisadi inkişafı təmin edə biləcək bir vasitədir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR