Türkiyənin AEBA-dakı nümayəndəsi: “İranla AEBA arasında çərçivə sazişinin imzalanması vacibdir”

Türkiyənin AEBA-dakı nümayəndəsi: “İranla AEBA arasında çərçivə sazişinin imzalanması vacibdir”
# 20 sentyabr 2012 12:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Türkiyə İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında dialoq və əməkdaşlıqdan məmnundur”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Türkiyənin AEBA-dakı nümayəndə heyətinin rəhbəri, səfir Tomur Bayer bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Tehranın sülh məqsədli nüvə fəaliyyətlərini dəstəkləyir: “İranla AEBA arasında razılaşdırılmış çərçivə sazişinin imzalanması vacibdir. Türkiyə həmişə olduğu kimi, İranla AEBA arasında əməkdaşlığın inkişaf etdirilməsi, problemin dialoq və müzakirələrlə həll edilməsinin vacib olduğunu söyləyir. Bizlər dialoq və əməkdaşlığı asanlaşdırmaq üçün konstruktiv fəaliyyətimizi davam etdiririk”.

T. Bayer əlavə edib ki, Orta Şərq nüvə silahlarından təmizlənməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR