Rusiya bu ilin ilk yarısında 6,5 milyard dollarlıq silah ixrac edib

Rusiya bu ilin ilk yarısında 6,5 milyard dollarlıq silah ixrac edib
# 19 sentyabr 2012 13:09 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiyanın 2012-ci ilin ilk yarısında 6,5 milyard ABŞ dolları dəyərində silah ixrac edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Texnologiyaları Dövlət Şirkətindən verilən açıqlamada bu ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə silah satışında 14 faiz artım qeydə alındığı bildirilir.

Rusiya dünyanın ən böyük ikinci silah ixracatçısıdır. 55 ölkəyə silah satan Rusiyanın əsas alıcıları Çin, Hindistan, Malayziya, Venesuela və Suriyadır. Rusiya dövləti 2013-cü ildə 13,5 milyard ABŞ dolları həcmində silah satmağı planlaşdırır.

Ekspertlərin fikrincə, Rusiya Liviya, Suriya və digər Yaxın Şərq ölkələrində bazar payını itirməsinə baxmayaraq silah satışında artıma nail olub. Buna səbəb kimi Suriya böhranı, İran problemi və digər münaqişələrin sürətlə inkişafı göstərilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR