Belçika parlamenti küçədə qadınların ünvanına deyilən ədəbsiz sözlərə görə 250 avro cərimə tətbiq edib

Belçika parlamenti küçədə qadınların ünvanına deyilən ədəbsiz sözlərə görə 250 avro cərimə tətbiq edib
# 08 avqust 2012 18:33 (UTC +04:00)
Bakı-APA. Belçika paytaxtında küçədə qadınların ünvanına deyilən ədəbsiz sözlərə görə 250 avro cərimə tətbiq olunacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Belçika parlamenti 25-yaşlı tələbə Sofi Pitersin çəkdiyi video süjetə cavab olaraq qəbul edib.
Sofi Pitersin gizli kamera ilə çəkdiyi videoda Belçikanın küçələrində Yaxın Şərqdən olan kişilər daim yaxınlaşdığı cavan qadından telefon nömrəsini soruşurlar, otelə dəvət edirlər. Rəd cavabı alan kimi onu ədəbsiz sözlərlə təhqir edirlər. Bu videonu Belçika və Fransada milyonlarla internet istifadəçisi və sosial şəbəkədə baxıblar. Parlamentin qərarına əsasən sentyabrın 1-dən Brüssel küçələrində qadınlara deyilən ədəbsiz sözlərə görə hər kəs 250 avro cərimə olunacaq. Yerli polis əməkdaşları Belçika qadınlarını bu cür hallar barədə xəbər verməyə çağırıblar və əmin ediblər ki, dərhal müvafiq tədbirlər görüləcək.
Belçikada qadınlara qarşı nalayiq davranış problemi ölkədə böyük sayda miqrantların olması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR