Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artır

Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artır
# 14 sentyabr 2012 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Koreyanın «RuSearch Co» şirkətinin təşkilatçılığı ilə Azərbaycan və Koreya şirkətləri arasında işgüzar görüş keçirilib.

AZPROMO-dan «APA-Economics»»ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Koreya tərəfindən şüşə məmulatlarının, istilik sistemlərinin, tikinti materiallarının istehsalı, qida sənayesi, turizm və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Koreya şirkətlərinin nümayəndələrinə Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, Koreya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib, bu sahədə AZPROMO-nun lazımi köməklik göstərəcəyini diqqətə çatdırılıb.

Koreyalı iş adamları Azərbaycan iqtisadiyyatının yüksək templə və davamlı inkişaf etdiyini, ölkəyə xarici investorların marağının daha da atdığını vurğulayıblar. Koreya şirkətləri də Azərbaycan sahibkarları ilə əlaqələrin genişlənməsində maraqlıdır.

İşgüzar görüşdə Azərbaycan və Koreya şirkətlərinin təqdimatları keçirilib, fəaliyyət sahələri barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR