Azərbaycan prezidenti bir qrup memarı təltif edib

Azərbaycan prezidenti bir qrup memarı təltif edib
# 01 oktyabr 2012 16:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup memarı “Əməkdar memar” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edib. APA-nın məlumatına görə, prezidentin imzaladığı sərəncama əsasən, Abdullayeva Nərgiz Cavad qızı, Ağayev Famil Adil oğlu, Bəylərov İlqar Xıdır oğlu, İmaməliyev Nəriman Məcid oğlu, İsmayılova Gülarə Firuddin qızı, Əhmədova Fatma Əliağa qızı və Salamzadə Sənan Əmir oğluna “Əməkdar memar” fəxri adı, Babakişiyev Rasim Calal oğlu, Cəfərov Xəlil Ələkbər oğlu, Həsənov Vüqar Telman oğlu, Qarber Aleksandr Aronoviç və Vəliyev Nazim Oruc oğluna “Tərəqqi” medalı verilib. Adı çəkilən şəxslər bu fəxri ad və medala Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə layiq görülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR