Ermənilər yaxın günlərdə Xocalı aeroportunda ilk texniki uçuş keçirəcəklər

Ermənilər yaxın günlərdə Xocalı aeroportunda ilk texniki uçuş keçirəcəklər
# 20 oktyabr 2012 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “Joxovurd” qəzetinə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin “baş naziri” Ara Arutyunyan bildirib. O qeyd edib ki, ilk uçuş texniki xarakterli olacaq, buna görə də hələlik sərnişin daşımaları barədə danışmaq tezdir.

Qəzet Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini xatırladaraq onun öz vədinə əməl edib-etməyəcəyi ilə maraqlanıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib ki, belə bir addım planlaşdırılsa, kütləvi informasiya vasitələri həmin ərəfədə məlumatlandırılacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR