Prezident İlham Əliyev Koreyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Koreyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 13 avqust 2012 15:21 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev avqustun 13-də Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İ. Əliyev ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib.

Azərbaycanda çoxlu sayda Koreya şirkətinin fəaliyyətinə toxunan dövlət başçısı həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb. Prezident Azərbaycanda diplomatik fəaliyyətinə və ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, səfir ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycanla Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan diplomat bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR