Baş Prokurorluq Mətanət İsgəndərlinin Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı dindirilməsi barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq Mətanət İsgəndərlinin Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı dindirilməsi barədə məlumatlara münasibət bildirib
# 12 oktyabr 2012 15:04 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bəzi KİV-də Mətanət İsgəndərli və bacısı Təranənin Baş Prokurorluqda Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, bəzi KİV Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı əməkdar artist Mətanət İsgəndərli və bacısı Təranənin istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilməsi və hər iki şəxsin ifadəsinin alınması barədə məlumatlar yayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR