IX sinif şagirdlərinin payız imtahanında 28 minə yaxın şagird iştirak edəcək

IX sinif şagirdlərinin payız imtahanında 28 minə yaxın şagird iştirak edəcək
# 31 avqust 2012 13:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 9-da keçiriləcək IX sinif şagirdlərinin payız imtahanında 28 minə yaxın şagird iştirak edəcək. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edəcək şəxslər iyun ayında keçirilən mərkəzləşmiş buraxılış imtahanlarında iştirak etməyən və ya iştirak edərək kəsilən şəxslərdir. İmtahan Bakıda və bəzi iri şəhərlərdə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR