Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 94 cinayət işinin istintaqı davam etdirilir

Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 94 cinayət işinin istintaqı davam etdirilir
# 01 oktyabr 2012 09:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, fəaliyyətə başladığı gündən bu günədək “161” qaynar xəttinə 4000-ə yaxın müraciət daxil olub. Həmin müraciətlərdən 1000-dən çoxu ilə bağlı müraciət müəlliflərinin hüquqları müsbət həllini tapıb.

Z. Qaralov, həmçinin qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 29 əməliyyat tədbiri aparılıb və nəticədə korrupsioner məmurlar cinayət başında yaxalanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR