Gələn il Azərbaycanın kapital bazarında ikirəqəmli artım tempi gözlənilir

Gələn il Azərbaycanın kapital bazarında ikirəqəmli artım tempi gözlənilir
# 05 oktyabr 2012 08:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanın kapital bazarında artım göstəricisinin ikirəqəmli olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərin də tendensiyası göstərir ki, ticarət dövriyyəsinin artımları hər halda ÜDM-in artım tempindən bir neçə dəfə yüksək olur. Gələn il bir sıra sektorların əhəmiyyətli kapitalizasiyası gözlənilir və bu da təbii ki, səhm bazarı vasitəsi ilə həyata keçiriləcək. Gələn il bir sıra layihələrin maliyyələşdirilməsi, kapital bazarındakı borclanma alətləri vasitəsi ilə həyata keçirilməsi üçün hazırda müəyyən işlər aparılır.

«İlkin məlumatları əsas götürsək, biz növbəti ildə Azərbaycanın kapital bazarlarında artımı tək rəqəmli deyil, ikirəqəmli gözləyirik», - deyə R.Aslanlı vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR