Azərbaycanda dəmiryolu stansiyasının ərazisində güclü partlayış olub, iki nəfər yanıb

Azərbaycanda dəmiryolu stansiyasının ərazisində güclü partlayış olub, iki nəfər yanıb
# 17 avqust 2012 09:53 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb.

Vaqonun mətbəxində propan qazı ilə dolu olan balon işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğınla müşayiət olunub. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.

Həmin vaxt vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil İbrahim oğlu və 1972-ci il təvəllüdlü Sadıqov Eldar Behbud oğlu müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR