Bakıda beynəlxalq «Neft, Qaz və Media» konfransı keçiriləcək

Bakıda beynəlxalq «Neft, Qaz və Media» konfransı keçiriləcək
# 06 sentyabr 2012 13:40 (UTC +04:00)
BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən «APA-Economics»ə verilən məlumata görə, tədbirə Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın əksər ölkələrindən 200-dən yuxarı media təmsilçilərinin qatılacağı gözlənilir.

Dünyanın ən nüfuzlu mətbuat orqanlarının, müxtəlif neft-qaz istehsalçısı olan ölkələrinin aparıcı şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələri, çox nüfuzlu media mütəxəssisləri, ekspertlər və jurnalistlər konfransda iştirakını təsdiq etmək üçün rəsmi qeydiyyatdan keçirlər. Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri də konfransa dərin maraq göstərərək iştirak üçün rəsmi razılıqlarını bildiriblər.

Konfransın keçirməsində əsas məqsəd azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsi, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.

ARDNŞ tədbirin əsas sponsorudur. Artıq Avropa Şurası, «OpenOil», IREX, The Trans Adriatic Pipeline (TAP), Neft, Qaz və Enerji Hüququ-NQEH, «Oil and Gas Eurasia Magazine», «Upstream Newspaper and Worldoils» konfransa tərəfdaşlıq edirlər. Digər tərəfdaşlar isə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), «İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), «Azeri Press» (APA) və «Trend» informasiya agentliyidir.

Konfransda «Neft və Mətbuat azadlığı - Çirkli sularda buruq?», «Risk və Mükafatlandırma», «Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): Hökumət sizə nə deməlidir», «Tədqiqat, çıxarma və təhlükəsizlik», «Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?», «Bakı: Qara Qızıl Paytaxtı», «Neft kampaniyaları tərəfindən sosial medianın ictimai fikirlərlə mübarizədə istifadəsi» adlı mövzular müzakirə ediləcək.

Qeyd edək ki, konfransın rəsmi informasiya tərəfdaşları arasında APA İnformasiya Agentliyi də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR