“Xocalıya ədalət” kampaniyasının Vyana Forumunda təqdimatı keçirilib

“Xocalıya ədalət”  kampaniyasının Vyana Forumunda təqdimatı keçirilib
# 29 oktyabr 2012 09:52 (UTC +04:00)
Bakı-APA. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu çərçivəsində “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının növbəti illər üçün fəaliyyət planı müzakirə edilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (DƏ-İKGF) APA-ya verilən məlumata görə, əvvəlcə Forumda iştirak edən 100-ə yaxın xaricdə təhsil alan azərbaycanlı tələbələrə və Azərbaycan Respublikasının Avropanın 30 ölkəsində akkreditə olunmuş səfirlərinə “Xocalıya Ədalət!” kampaniyasının fəaliyyəti və kampaniya çərçivəsində əldə olunmuş uğurlar barədə məlumat verilib. Daha sonra kampaniyanın gələcək strategiyası ilə bağlı təkliflər müzakirə edilib. Müzakirələr zamanı kampaniyanın Azərbaycan və xüsusilə, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində rolunun əhəmiyyəti xüsusilə vurğulanıb və xaricdə təhsil alan hər bir tələbənin kampaniyanın işindən yaxından iştirakının zəruriliyi qeyd edilib.

Qeyd edək ki, “Xocalıya Ədalət!” Beynəlxalq məlumatlandırma Kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb. Kampaniya Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR