Hillari Klinton prezident seçkilərindən sonra istefaya gedəcək

Hillari Klinton prezident seçkilərindən sonra istefaya gedəcək
# 27 oktyabr 2012 08:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə o, “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, prezidentin inauqurasiya mərasimindən sonra istefaya getmək niyyətindədir: “Hələlik prezident Barak Obama ilə bu barədə söhbət etmək imkanım olmayıb. Hələlik onun başı seçki kampaniyasına qarışıb. Ümid edirəm ki, yaxın vaxtlarda söhbət etmək imkanımız olacaq”.

Qeyd edək ki, Hillari Klinton 2008-ci ildə Demokrat Partiyasından vahid namizəd olmaq uğrunda mübarizədə Barak Obamaya uduzub. Seçkilərdən dərhal sonra Obama Klintonu dövlət katibi təyin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR