Çində kreditləşmə 41% azalıb

Çində kreditləşmə 41% azalıb
# 11 avqust 2012 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cində yeni bank kreditlərinin həcmi iyul ayında 85 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 41,3% azdır. «APA-Economics»in məlumatına görə, iyulda ölkənin ixracı 1% artıb (iyunda artım 13%-ə bərabər olub), idxal isə 4,7% artıb (6,3%) ki, bu da ölkənin xarici ticarətinin kəskin zəifləməsi kimi qiymətləndirilir.

Ümumilikdə, Çinin iqtisadiyyatı II rübdə 7,6% artıb ki, bu da 2009-cu ildən sonra ən aşağı göstəricidir.

Makroiqtisadi göstəricilərin zəifləməsinin səbəbləri kimi mütəxəssislər daşınmaz əmlak bazarında yaranmış durğunluq və Çin məhsullarına xarici bazarlarda tələbatın kəskin azalması ilə izah edirlər. İlk növbədə bu, borc böhranı yaşayan Avrozona ölkələrində müşahidə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR