Aleksandr Səmədov: “Berti Foqts Azərbaycanda çox şeyə nail olub”

Aleksandr Səmədov: “Berti Foqts Azərbaycanda çox şeyə nail olub”
# 10 oktyabr 2012 09:55 (UTC +04:00)
Bakı – APA. “Yığmada normal işgüzar əhval-ruhiyyə var. Başa düşürəm, qarşıda bizi 2 vacib oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov deyib.

Hazırda “Lokomotiv”in şərəfini qoruyan soydaşımız Rusiya millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycanla Moskvada keçiriləcək oyunlara çağırılıb.

Yığmamızda oynamaq təklifini qəbul etməyib, anadan olduğu Rusiyaya üstünlük verən Səmədov oktyabrın 12-də portuqaliyalılarla matçı həlledici sayır: “Poruqaliya ilə qarşılaşmadan sonra Azərbaycan yığması haqda düşünərik. Komandamız Azərbaycanla matçda favorit sayılır. Ancaq rəqibin baş məşqçisi Berti Foqtsur. O, Azərbaycan yığmasında çox şeyə nail olub”.

Qeyd edək ki, ruslar Portuqaliyadan 4 gün sonra - oktyabrın 16-da millimizlə “Lujniki”də üzləşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR