Janaozen hadisələrinin təşkilində günahlandırılan müxalifətçi 7,5 il azadlıqdan məhrum edilib

Janaozen hadisələrinin təşkilində günahlandırılan müxalifətçi 7,5 il azadlıqdan məhrum edilib
# 08 oktyabr 2012 15:23 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanın “Alqa!” müxalifət partiyasının lideri Vladimir Kozlov Aktau məhkəməsi tərəfindən Janaozen şəhərində kütləvi iğtişaşların təşkilində günahkar bilinərək əmlakı müsadirə olunmaqla 7,5 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, məhkəmə daha iki müxalifətçiyə üç il şərti olaraq azadlıqdan məhrumetmə cəzası verib.

Yanvarda Qazaxıstanın baş prokuroru Janaozendə 16 nəfərin ölümü, onlarla şəxsin yaralanması ilə nəticələnən hadisələr zamanı bəzi şəxslərin tətilçiləri hakimyyət orqanlarına qarşı sərt çıxışlara təhrik etdiyini bildirmişdi. 7,5 il müddətinə azadlıqdan məhrum edilən Valdimir Kozlov ona qarşı ittihamları qəbul etməyib və məhkəməni onun haqqında neqativ ictimai rəy formalaşdıraraq törətmədiyi cinayəti zorla qəbul etdirmək cəhdində suçlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR