Bakıda 43 yaşlı kişi dəniz kənarında özünü asaraq intihar edib

Bakıda 43 yaşlı kişi dəniz kənarında özünü asaraq intihar edib
# 27 iyul 2012 07:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Nardaran qəsəbəsində qeydə alınıb. Ramana qəsəbə sakini, 1969-cu il təvəllüdlü Mahir Yaşar oğlu Həşimov dəniz kənarında yerləşən yarımçıq tikilidə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR