Azərbaycanda sərnişin qatarı piyadanı vuraraq öldürüb

Azərbaycanda sərnişin qatarı piyadanı vuraraq öldürüb
# 13 sentyabr 2012 09:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda sərnişin qatarı piyadanı vurub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 12-də saat 08.45 radələrində qeydə alınıb. Ağstafa-Bakı sərnişin qatarı ilə Tovuz rayon sakini Gilə Qurbanova vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR