Ümumi orta təhsil bazasından orta ixtisas müəssisələrinə ərizə qəbulu başlayıb

Ümumi orta təhsil bazasından orta ixtisas müəssisələrinə ərizə qəbulu başlayıb
# 01 avqust 2012 08:29 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər.

Bu il ümumi orta təhsil bazasında (9 illik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR