Azərbaycan ABŞ-dan hava limanı üçün avadanlıq alacaq

Azərbaycan ABŞ-dan hava limanı üçün avadanlıq alacaq
# 02 noyabr 2012 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mərkəzi ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən «JBT AeroTech» şirkəti Azərbaycanla hava limanı üçün avadanlıqların alqı-satqısına dair müqavilə imzalayıb. APA-nın «JBT AeroTech» şirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, müqavilə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı üçün çıxış avadanlığını çatdıracaq.

Müqaviləyə 13 yeni «Jetway» sərnişin keçidi, 13 «JetAire» kondisioner sistemi, 19 «JetPower» 400 Hz enerji bloku və digər vacib avadanlıqlar daxildir.

Müqavilə çərçivəsində çatdırılmalar 2013-cü ilin ikinci rübündə yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR