Ağdaşda 4 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Ağdaşda 4 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb
# 06 avqust 2012 08:41 (UTC +04:00)
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisələr Ağdaş şəhərində və Yuxarı Ləki qəsəbəsində qeydə alınıb.

Dünən axşam saatlarında rayonun Yuxarı Ləki qəsəbə sakinləri - 1959-cu il təvəllüdlü Əzizov İsbat Nizam oğlu və 1974-cü il təvəllüdlü Feyzullayev
Müşfiq Abdulla oğlu su kanalında qanunsuz olaraq elektrik cərəyanından istifadə edərək balıq tutarkən ehtiyatsızlıq ediblər və hər ikisi elektrik vurması nəticəsində dünyasını dəyişib. Goranboy sakini 1965-ci il təvəllüdlü Hüseynov Yaşa Cabbar oğlu tikintidə işləyərkən və Ağdaş sakini 1976-cı il təvəllüdlü Əhmədov Müşfiq Mustafa oğlu yaşadığı evin həyətində ot biçərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bütün faktlarla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR