Çin Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib

Çin Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib
# 01 avqust 2012 14:17 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə ABŞ-ın İranla ticarət və maliyyə əməkdaşlığı edən Çinin bəzi şirkətlərinə sanksiya qoyması sərt şəkildə tənqid olunub: “ABŞ bu sanksiyalarla beynəlxalq qanunları tapdalayır. ABŞ sanksiyaları qaldırmadığı təqdirdə, Pekin-Vaşinqton əlaqələri ciddi şəkildə zərər görəcək. Bununla bağlı rəsmi məktub yazaraq ABŞ rəhbərliyinə göndərəcəyik”.

Qeyd edək ki, ABŞ İranın neft və neft-kimya şirkətlərinə qarşı daha sərt sanksiyalar tətbiq edib. Yeni sanksiyalar İranın aparıcı neft şirkətləri ilə əməkdaşlığı, onların məhsulunun idxalını və İranın Mərkəzi Bankı ilə maliyyə əməliyyatları aparılmasını qadağan edir. Bununla yanaşı, ABŞ Çinin “Kunlun” və İraqın “Elaf İslam Bankı”na qarşı da sanksiya tətbiq edib. Bu şirkətlərin beynəlxalq sanksiyalardan yan keçməkdə İran hökumətinə yardım etdikləri bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR