Yardımlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb

Yardımlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb
# 28 sentyabr 2012 09:53 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev – APA. Azərbaycanın Yardımlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Hamarkənd kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Siyasət Məmmədəli oğlu Əliyevin həyətində kəsdiyi ağac onun başına düşüb. S.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR