Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini təsdiqlətmələri üçün sənəd qəbulu aparılır

Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini təsdiqlətmələri üçün sənəd qəbulu aparılır
# 09 oktyabr 2012 09:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini təsdiqlətmələri üçün sənəd qəbulu aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün nazirliyin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər. Müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri nazirliyin rəsmi internet saytı vasitəsilə (e-sehiyye.gov.az/xaricde_tehsil) müraciət edə bilərlər. Tibb işçiləri Səhiyyə Nazirliyinin internet saytındakı “Vakant iş yerlərinə müsabiqə elanları” bölməsinə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR