Bu il Azərbaycanda qeydiyyatda olan 242 066 itə quduzluğa qarşı vaksin vurulub

Bu il Azərbaycanda qeydiyyatda olan 242 066 itə quduzluğa qarşı vaksin vurulub
# 21 sentyabr 2012 09:27 (UTC +04:00)
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə profilaktik tədbirlər həyata keçirilib.

Y. Xanvəli deyib ki, ölkədə bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvanlar arasında quduzluq xəstəliyinə yoluxma halları azalıb: “Ötən ilin müvafiq dövründə bu xəstəliyin aşkarlandığı nümunələrin sayı 25 idi. Xəstəliyin azalması heyvanlar arasında aparılan vaksinləmə və digər tədbirlərlə bağlıdır. Bu il 242 min 66 baş sahib olan və qeydiyyatda olan itdə quduzluğa qarşı vaksinləmə aparılıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR