Evdən qovulan 60 yaşlı kişi özünü yandırıb

Evdən qovulan 60 yaşlı kişi özünü yandırıb
# 24 sentyabr 2012 15:26 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün axşam saatlarında Xocasən gölünün yaxınlığında qeydə alınıb. Bakı şəhərində kirayədə yaşayan, Saatlı rayon sakini, 60 yaşlı İbrahim Misir oğlu Mikayılov üstünə benzin tökərək özünü yandırıb. Ərazidə olan vətəndaşların köməkliyi ilə o, xəstəxanaya aparılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, İ. Mikayılov iki dəfə ailə qurub. Sonuncu həyat yoldaşı onu evdən qovub. Çarəsiz qalan kişi intihar etməyə qərar verib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR