Sosial şəbəkədə tanış olduğu şəxsi öldürən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib

Sosial şəbəkədə tanış olduğu şəxsi öldürən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib
# 13 sentyabr 2012 13:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Elnur Cahangirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, E. Cahangirli 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyunun 15-də Bakının Qaradağ rayon sakini, 21 yaşlı Toğrul Kərimli Bibiheybət qəsəbəsində öldürülüb. Üzərində çoxsaylı bıçaq xəsarəti olan meyit dənizin sahilində aşkarlanıb. Araşdırma zamanı qətlin 22 yaşlı paytaxt sakini Elnur Cahangirli tərəfindən törədildiyi müəyyən edilib. Elnur Cahangirli Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. İstintaq zamanı ifadə verən E. Cahangirli Toğrul Kərimli ilə “Facebook” sosial şəbəkəsində tanış olduqlarını deyib. O, sosial şəbəkədə yazışan zaman aralarında mübahisə düşdüyünü , buna görə də T. Kərimli ilə görüşərək onu qətlə yetirdiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR