Azərbaycan prezidenti Fransa Senatının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Fransa Senatının nümayəndə heyətini qəbul edib
# 01 oktyabr 2012 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Fransa Senatının enerji
araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyib. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Nümayəndə heyətinin bütün üzvlərinin Fransa Senatının enerji araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Ladislas Poniatovski Azərbaycan prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla görüşən ilk prezidentlərdən biri olmasını xüsusi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR