Bakıda lift şaxtasında tapılan meyitin şəxsiyyəti müəyyənləşib

Bakıda lift şaxtasında tapılan meyitin şəxsiyyəti müəyyənləşib
# 11 oktyabr 2012 09:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında lift şaxtasında tapılan meyitin şəxsiyyəti müəyyənləşib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində oktyabrın 8-də Füzuli küçəsindəki liftin şaxtasında tapılmış meyitin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, həmin şəxs itkin düşmüş Emin Hüseynovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR