Azərbaycan paytaxtına qaçaqmal yolu ilə 1299 blok siqaretin gətirilməsinin qarşısı alınıb

Azərbaycan paytaxtına qaçaqmal yolu ilə 1299 blok siqaretin gətirilməsinin qarşısı alınıb
# 11 avqust 2012 08:38 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən Naxçıvan-Bakı aviareysləri idarənin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Həmin aviareyslərlə gətirilən irihəcmli karton çay qutularını qəbul edən Azərbaycan vətəndaşı Əhməd İsmayılov onları özünün “QAZ-3302” markalı yük avtomobilinə yükləyib hava limanının ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb. Baxış zamanı avtomobildəki “çay” yükünün içərisindən 10 ədəd qara rəngli polietilenlə üzlənmiş irihəcmli qutular boşaldılıb. Qutularda qara rəngli polietilenlə üzlənmiş karton çay qutularına qablaşdırılmış və Azərbaycanın aksiz markası ilə markalanmayan - 951 blok (9510 qutu) “Marlboro Gold Edge”, 246 blok (2460 qutu) “Parlament Aqua Blue”, 86 blok (860 qutu ) “Kent Nanotek Neo” və 16 blok (160 qutu ) “Kent Nanotek Infina” markalı, cəmi 1299 blok (12990 qutu) siqaret, həmçinin 83 ədəd preslənmiş boş siqaret qutusu aşkar edilərək, protokol əsasında götürülüb.

Araşdırma zamanı Ə. İsmayılov bildirib ki, əvvəllər tanıdığı Qabil adlı şəxs onunla mobil telefonla əlaqə saxlayıb. Hava limanında Naxçıvan-Bakı aviareyslərilə Naxçıvan Muxtar Respublikasından göndərilən siqaret yükünü qarşılamağı və Bakı şəhərində ona təhvil verməyi tapşırıb. Ə. İsmayılovun sözlərinə görə, Qabil adlı şəxs siqaretləri Bakı şəhərinin Həsən Əliyev küçəsində yerləşən dükanında satış məqsədilə əldə edib. Ə. İsmayılov bundan öncə iki dəfə özünün yük avtomobili ilə hava limanında Qabil adlı şəxs üçün Naxçıvan Muxtar Respublikasından göndərilən siqaret yükünü qarşıladığını da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR