“Yuventus” klubunun məşqçisi adam öldürməkdə təqsirləndirilir

“Yuventus” klubunun məşqçisi adam öldürməkdə təqsirləndirilir
# 28 sentyabr 2012 14:16 (UTC +04:00)
Bakı – APA. İtaliyanın “Yuventus” klubunun baş məşqçi vəzifəsini icra edən Massimo Karrera istintaqa cəlb olunub. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin çalışdırıcısı 2 nəfərin ölümünə səbəb olan yol qəzasında iştirak etdiyi üçün cavab verməli olacaq.

Hadisə isə təxminən 9 ay əvvəl - Yeni il ərəfəsində olub. Həmin vaxt 3 avtomobilin toqquşması 23 yaşlı 2 qızın ölməsi ilə nəticələnib. Karreranın idarə etdiyi “Mercedes” qızların əyləşdiyi “Ford”u vurub. Qızlardan biri yerində, digəri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Məşqçinin vəkilləri işıqlandırmanın zəif olmasından Karreranın artıq toqquşmuş maşınları görməsinin mümkünsüz olduğunu iddia edir. Əks tərəf isə çalışdırıcının qəzadan qaçmaq imkanının olduğunu bildirir. Bu məsələ ilə bağlı qərar oktyabrın 9-da çıxarılacaq.

Qeyd edək ki, son İtaliya çempionunun baş məşqçisi Antonio Konte cəzalı olduğu üçün komandanı oyunlara Karrera çıxarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR