Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Avropada 24 oyun keçiriləcək

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Avropada 24 oyun keçiriləcək
# 11 sentyabr 2012 16:26 (UTC +04:00)
Azərbaycan millisi Portuqaliyanın qonağı olacaq, Türkiyə yığması isə Estoniyanı qəbul edəcək

Bakı-APA. Bu gün 2014-cü il futbol üzrə dünya çempionatının Avropa regionu üzrə seçmə mərhələsinin ikinci turunun oyunları keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan yığması bu turda Lissabonda “F” qrupunun favoriti Portuqaliya millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə 00.15-də başlayacaq oyun “İdman-Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. Qrupun digər oyunları Ramat-Qan və Belfastda baş tutacaq. İsrail millisi Rusiyanı, Şimali İrlandiya yığması isə Lüksemburqu sınağa çəkəcək.

Bu gün daha 42 Avropa komandası dünya çempionatının seçmə mərhələsinə çıxmaq üçün xal ehtiyatını artırmaq imkanı qazanacaq.

A qrupu

Şotlandiya – Makedoniya
Belçika – Xorvatiya
Serbiya – Uels

B qrupu

İtaliya – Malta
Bolqarıstan – Ermənistan

C qrupu

Avstriya – Almaniya
İsveç – Qazaxıstan

D qrupu

Macarıstan – Hollandiya
Türkiyə - Estoniya
Rumıniya – Andorra

E qrupu

İsveçrə - Albaniya
Norveç – Sloveniya
Kipr - İslandiya

G qrupu

Yunanıstan – Litva
Slovakiya – Lixtenşteyn
Bosniya – Latviya

H qrupu

İngiltərə - Ukrayna
Polşa – Moldova
San-Marino – Qaradağ

İ qrupu

Fransa – Belarus
Gürcüstan - İspaniya
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR