Quba sakini damdan düşərək ölüb

Quba sakini damdan düşərək ölüb
# 23 avqust 2012 06:47 (UTC +04:00)
Xaçmaz. Vəli Turan - APA. Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən gün Quba rayonunun Aşağı Xuc kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev İntiqam Fətulla oğlu Xaçmaz rayonunda inşaat işləri zamanı damdan yıxılaraq ağır bədən xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR