Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin oktyabr renkinqində liderliyi «Chelsea Capital» saxlayıb

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin oktyabr renkinqində liderliyi «Chelsea Capital» saxlayıb
# 02 noyabr 2012 12:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Chelsea Capital» MMC liderliyi əldə saxlayıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 41,125 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 6,503 mln. manatlıq broker xidmətləri göstərmiş «Brokdil-Az» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 4,508 mln. manatla «Texnika Capital Management» şirkəti qərarlaşıb.

DQK bazarında göstərilmiş broker xidmətləri

Mövqe
(oktyabr, 2012)

Mövqe
(sentyabr, 2012)

Brokerlər

Əməliyyatların həcmi
(AZN)

1

1

Chelsea Capital

41 124 462,69

2

5

Brokdil-Az

6 502 697,67

3

1

Texnika Capital Management

4 508 121,42

4

2

Unicapital

3 819 273,05

5

-

Pasha Capital

99 790,40

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR