Türkiyə ordusu cavab olaraq Suriya ərazisinə yenidən zərbə endirib

Türkiyə ordusu cavab olaraq Suriya ərazisinə yenidən zərbə endirib
# 05 oktyabr 2012 19:40 (UTC +04:00)
APA-nın Royters agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə ordusu Suriyanın atəş açdığı nöqtələrə zərbə endirib.

Qeyd edək ki, Hatay bölgəsində bir fermanın yaxınlığına Suriyadan atılan mərminin partlayışı nəticəsində tələfat olmayıb.
Xatırladaq ki, oktyabrın 4-də Suriya silahlı qüvvələrinin Türkiyənin Şanlıurfa rayonunda 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab olaraq Türk ordusu Suriyada bir neçə nöqtəyə zərbə endirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR