Aybəniz Haşımovanın qızı Türkiyədə xüsusi mükafatla təltif olunub – FOTO

Aybəniz Haşımovanın qızı Türkiyədə xüsusi mükafatla təltif olunub – <font color=red>FOTO </font>
# 20 sentyabr 2012 09:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın qızı gənc müğənni Aynişan Quliyeva Türkiyədə mükafata layiq görülüb. A. Haşımovanın APA-ya verdiyi məlumata görə, azərbaycanlı gənc müğənni Ankarada keçirilmiş Anadolu Festivalında təmsil olunub. A. Quliyeva festival çərçivəsində “Kərkuk” gecəsinə Azərbaycandan fəxri qonaq qismində dəvət olunub. Elə məhz bu gecədə Aynişan Quliyeva Fatih Tükcan Türkməneli İşbirliyi və Mədəniyyət Vəqfinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən “Azərbaycana xidmət” mükafatı ilə təltif edilib. A. Quliyeva sözügedən festivalda “Azərbaycan”, “Sən yadıma düşəndə”, “Bir şarkısın sən” və “Ninne” mahnıları ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR