Enrike Penya Nyeto Meksika prezidenti elan olunub

Enrike Penya Nyeto Meksika prezidenti elan olunub
# 01 sentyabr 2012 01:45 (UTC +04:00)
Bakı-APA. Meksika Ali seçki komissiyası Enrike Penya Nyetonu prezident seçkilərinin qalibi elan edib. Seçkilər iyulun 1-də keçirilsə də, E.Nyetonun rəqiblərinin çoxsaylı şikayətlərinə görə seçki komissiyası bülletenləri yenidən saymalı olub.

Bu arada Federal seçki tribunalı keçmiş namizəd Andreas Manuel Lopez Obradorun seçki saxtakarlığına dair iddia ərizəsinə baxmaqdan imtina edib. Öz növbəsində Obrador məhkəmənin qərarından narazı olduğunu və sentyabrın 9-da tərəfdarlarının mitinqini keçirəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR