«Avropa qapıları»nın satışına qadağa qoyulub - FOTO

«Avropa qapıları»nın satışına qadağa qoyulub - <font color=red>FOTO</font>
# 05 oktyabr 2012 11:50 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, şikayət məktubunda «Tağıyev» şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış «Avropa qapıları» nişanlı qapıların keyfiyyətsiz olduğu iddia olunub: «Mənzildə quraşdırılmış qapılara baxış zamanı müəyyən olunub ki, həqiqətən də qapıların bəzi yerlərində lak-boya materialı qopub, müəssisədə taxtalar qurudulmadığından haşiyələr deformasiyaya uğrayıb, əyilib, quraşdırma keyfiyyətsiz həyata keçirilib, qapıların açılıb bağlanmasında qüsurlar mövcuddur. Bununla bağlı akt tərtib edilib. Faktla bağlı Xırdalan şəhəri, 30-cu məhəllə, keçid 1259 ünvanında fəaliyyət göstərən «Tağıyev» şirkətində dövlət nəzarəti aparılıb».

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Bundan başqa, istismarda və yoxlanılan məhsulların istehsalında istifadə olunan 48 ədəd ölçmə vasitəsi dövlət yoxlamasından keçirilməyib. Aşkar olunmuş nöqsanlarla bağlı «Tağıyev» şirkətində «Avropa qapıları» nişanlı MDF, PVC və şpon qapıların, haşiyənin, həmçinin mətbəx mebel dəstinin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR