Bakıda «İşləyənlərin sosial sığortalanmaya cəlb olunması» mövzusunda seminar keçirilir

Bakıda «İşləyənlərin sosial sığortalanmaya cəlb olunması» mövzusunda seminar keçirilir
# 22 avqust 2012 09:17 (UTC +04:00)
Bakı – APA. Bu gün Bakıda «İşləyənlərin sosial sığortalanmaya cəlb olunması» mövzunda seminar işə başlayıb. Seminar Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Almaniya Pensiya Sığortası Təşkilatının (DRV) birgə təşkilatçılığı ilə keçirilir.

DSMF-dən APA-ya verilən məlumata görə, tədbirdə işləyənlərin və fərdi sahibkarların sosial sığortaya cəlb olunması, sosial sığorta dərəcələri, sığortaolunanların kameral yoxlama proseduraları kimi məsələlər müzakirə ediləcək. Müzakirələr zamanı Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndəsi mövzu ilə bağlı xüsusi təqdimatla çıxış edəcək, ölkəsinin bu istiqamətdə təcrübəsini seminar iştirakçılarının nəzərə çatdıracaq.

Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndə heyəti DSMF-də bir sıra ikitərəfli görüşlər də keçirəcək. Nümayəndə heyətinin Azərbaycana üçgünlük səfəri avqustun 23-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR