Naxçıvanda növbəti açıq ürək əməliyyatları keçiriləcək

Naxçıvanda növbəti açıq ürək əməliyyatları keçiriləcək
# 28 sentyabr 2012 14:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sentyabrın 28-dən oktyabrın 10-dək Naxçıvan MR-də növbəti açıq ürək əməliyyatları keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin kardiocərrahiyyə və kardioloqlar briqadası tərəfindən keçiriləcək.

Aksiya çərçivəsində 100-ə yaxın exokardioqrafiya, 50-60 angioqrafiya və 30 açıq ürək əməliyyatlarının keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR