Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 29 avqust 2012 16:16 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, Mingəçevir-Bəhramtəpə yolunun 121-ci km-də vətəndaşa məxsus qoşqulu yük avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış digər vətəndaşa məxsus "VAZ-21011" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol qəza hadisəsi baş verib. Nəticədə "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılıb aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR