İspaniyanın aparıcı mebel istehsalçısı Azərbaycanda tərəfdaş axtarır

İspaniyanın aparıcı mebel istehsalçısı Azərbaycanda tərəfdaş axtarır
# 02 noyabr 2012 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mebel tədarükçüsü olan İspaniyanın «Intradisa» şirkəti Azərbaycanda tərəfdaş axtarır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, şirkət yüksək keyfiyyətli istehsal xətti ilə yüksək rəqabət qabiliyyətli mebel istehsal edir. «Intradisa» Avropada, xüsusilə Fransada, həmçinin, Cənubi Amerikada (Meksika, Peru, Çili və s.) optimal keyfiyyət və qiymət mütənasibliyi olduğuna görə tenderləri qazanır. Ehtiyac duyulan hər hansı mebel detalı şirkət tərəfindən istehsal oluna bilər. Şirkət mehmanxanalara, xəstəxanalara, idarələrə, rezidensiya sahələrinə, mədənlərə və s sair ərazilərə tam mebel dəstləri tədarük etmək üzrə geniş təcrübəyə malikdir. Etibarlı və ciddi, hərtərəfli və məqsədyönlü olan şirkət Azərbaycanda yerli tərəfdaşla müqavilə imzalamağa hazırdır.

Əlaqə telefonu: (+994 12) 598-01-47.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR