Kiyevdə Mirzə Ələkbər Sabirin yaradıcılıq gecəsi keçirilib

Kiyevdə Mirzə Ələkbər Sabirin yaradıcılıq gecəsi keçirilib
# 05 oktyabr 2012 20:12 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və Ukrayna Yazıçılar İttifaqı təşkilatçılığı ilə Yazıçılar İttifaqının konfrans zalında dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yaradıcılıq gecəsi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ukrayna Yazıçılar İttifaqının katibi Vladimir Barna M.Ə.Sabirin həyat və yaradıcılığından ətraflı bəhs edib.

Daha sonra çıxış edən səfir E.Mədətli Sabirin yaradıcılığını ətraflı şəkildə təhlil edərək onun nəinki Azərbaycanda eləcədə bütün şərqdə tanındığını, Molla Nəsrəddin jurnalında dövrün ən aktual problemləri ilə bağlı müntəzəm çıxış etdiyini, xalqımızın milli oyanışında və demokratik hərəkatda misilsiz rol oynadığını vurğulayıb.

Tədbirdə daha sonra bu yaxınlarda Azərbaycanda M.Ə.Sabirin yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edən şairə Larisa Lebedina, şair Sergey Qrabar, Aleksandr Bakumenko, Kiyevdəki Səməd Vurğun adına kitabxananın direktoru Qalina Kislaya, Kiyev tərcüməçilər birliyinin Sədri Vsevolod Tkaçenko, Görkəmli şərqşünas, Ukryana Diplomatik akademiyasının professoru Yuriy Koçubey, Ukrayna Yazıçılar İttifaqının məsul katibi Aleksandr Bakumenko, Ukraynanın Kiyev - Moqilyanski milli universitetinin müəllimi Fərhad Turanlı, Kiyevdəki Azərbaycan Bazar günü məktəbinin müəlliməsi Safai Nəibova M.Ə.Sabirin yaradıcılığından danışıblar.

Yaradılıcılıq gecəsində “Azərbaycan poeziyası antologiyası” kitabını Ukrayna dilinə tərcümə edən Nikolay Mireşniçonkun tərcüməsində M.Ə.Sabirin şerləri oxunub.

Sabir gecəsinin iştirakçıları Azərbaycan və Ukrayna xalqları arasında mənəvi körpülərin daha da möhkəmlənməsi üçün həyata keçirdiyi bunun kimi tədbirlərə görə UAK Sədri Hikmət Cavadova təşəkkürlərini yetirərək, M.Ə.Sabir irsinin Ukrayna dilinə daha çox tərcümə edilərək yayılmasını arzulayıb.

Tədbirin sonunda UAK-ın “Azərbaycan” ansamblının ifasında milli rəqslərimiz nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR