Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının ildönümü münasibətilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının ildönümü münasibətilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 avqust 2012 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 93-cü ildönümü münasibətilə elan edilmiş yaradıcılıq əsərləri müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, bu münasibətlə DSX Akademiyasında tədbir keçirilib.

Tədbirdə çıxış edən DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev son illər dövlət sərhədində həyata keçirilən quruculuq işlərindən danışıb. General bildirib ki, son illər çoxsaylı sərhəd mühafizə məntəqələri yaradılıb. Sərhəd Qoşunlarının müasir texnika və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirilir. Bununla yanaşı, DSX-nin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi istiqamətində işlər keçirilir, bu çərçivədə bədii əsər, məqalə, rəssamlıq işləri müsabiqələri təşkil olunur.

Tədbirdə Yazıçılar Birliyinin sədr müavini Fikrət Qoca, Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə və digər şəxslər də çıxış ediblər.

Sonda qaliblərə fəxri fərman və mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında APA-nın əməkdaşı da olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR