Ucar rayon sakini naməlum şəraitdə bıçaqlanıb

Ucar rayon sakini naməlum şəraitdə bıçaqlanıb
# 17 oktyabr 2012 09:41 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Qaracallı kəndində qeydə alınıb. Qaracallı kənd sakini, 1972-ci il təvəllüdlü Hacıyev Hamiz Xanbaba oğlu dünən axşam saatlarında bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin yardım göstərildikdən sonra o Bakıdakı xəstəxanalardan birinə göndərilib . H. Hacıyevin kim və ya kimlər tərəfindən bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR